Əhalinin kabusuna çevrilən Sabunçu yolu – VİDEO

Sabunçu rayonundakı Nizami İsmayılov küçəsindəki yol sakinlərin kabusuna çevrilib.

Yolun yaxınlığında məktəbin yerləşməsinə və sürət həddinin saatda 30 kilometr olmasına baxmayaraq sürücülər bu qaydalara məhəl qoymur.

Küçə sakinlərindən biri bildirib ki, aprel ayında həmin yola yoldaşını avtomobil vurub və o dünyasını dəyişib.

Sakinlər yolda nəzarət kameralarının olmadığına görə, demək olar hər gün qəza olduğunu deyirlər.

Daha ətraflı Baku TV-nin süjetində: