Əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin həcmi açıqlandı

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 30874,5 milyon manatlıq, o cümlədən 17426,0 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13448,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artıb.

2022-ci ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının, 13,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.