!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əhalinin sosial müdafiəsinin təşkili üçün dövlət başçısı tərəfindən zəruri addımlar atılıb” – Sosioloqdan QİYMƏTLƏNDİRMƏ

!Reklam – Yazi

“Pandemiya dövründə həyata keçirilən sosial dəstək tədbirləri təqdirəlayiq olub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında pandemiya ilə bağlı ölkəmizdə dövlət tərəfindən həyata keçirilən sosial dəstək tədbirlərini şərh edən sosioloq Lalə Mehralı deyib.

Lalə Mehralının sözlərinə görə, pandemiya ilə mübarizədə Azərbaycan dövlət səviyyəsində atılan nümunəvi addımları ilə seçilir:

“Karantin dövründə insanların sosial müdafiəsinin təşkili üçün ölkə başçısı tərəfindən tam vaxtında müvafiq qərarlar verildi. Eyni zamanda, sosial dəstək tədbirləri fonunda bidəfəlik ödəmə ediləcək insanların sayı 200 mindən 600 minə çatdırıldı.

Bundan başqa, pandemiyadan əziyyət çəkən sahibkarlar və digər kateqoriyalar üzrə vətəndaşları, həmçinin kredit borcu olan insanları əhatə edən xüsusi dəstək zərfləri qəbul edildi.

Doğrudur, bəzi hallarda vətəndaşları narazı salan məqamlar da oldu. Bu narazılıqlar əsasən, bəzi dövlət qurumlarının öz funksiyalarını doğru icra edə bilməmələrindən qaynaqlanırdı. Ancaq bu kimi hallar görülən müsbət işlərə kölgə salmamalıdır”.

Gülşən Şərif

www.yenicag.az

739
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv