Əhalinin Yeni il üçün TƏTİL PLANI: “Xarici ölkələrə səfər etmək istəyənlər əsasən…”

“Ölkədaxili turların qiymətlərində keçən ilə nisbətən ciddi dəyişiklik yoxdur”.

Bu fikirləri Yeni il tətili ərəfəsində sərfəli turizm istiqamətləri haqda danışan ekspert Ceyhun Aşurov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, xaricə səfər etmək istəyənlər üçün qonşu ölkələrdə dincəlməyə üstünlük verənlər üçün artıq ilkin endirimlər və xüsusi kampaniyalar hazırlanıb:

“Əhalinin müəyyən hissəsi qarşıdan gələn tətil günləri ilə səyahət planı qurmaqdadır. O baxımdan, əvvəlki təcrübələrə əsaslanaraq deyə bilərik ki, həm ölkədaxili, həm də xarici səfərlərə çıxmağı hədəfləyənlərin sayında artım gözlənilir.

Xarici ölkələrə səfər etmək istəyənlər üçün qonşu ölkələrə, əsasən də Gürcüstan və Türkiyəyə gediş daha sərfəlidir. Həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misir kimi ölkələrə getməyi planlaşdıranlar da artıq müəyyən endirim şərtlərindən yararlana bilər.

Bunlarla yanaşı, ölkə daxilində Yeni il ilə bağlı müxtəlif tədbirlərin təşkilinə hazırlıq işləri həyata keçirilir. Azərbaycanda əsas tuzim istiqamətləri olan Qəbələ, Şəki, Quba-Qusar, Şahdağ və digər bölgələrdə müxtəlif proqramlar nəzərdə tutulub. Qeyd edim ki, ölkədaxili turların qiymətlərində keçən ilə nisbətən ciddi dəyişiklik yoxdur”.

Nuray Məmmədzadə

COP29