!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum oldu

!Reklam – Yazi

2023-cü ilin yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq ayı ilə müqayisədə real ifadədə 8,5 faiz artaraq 873,8 milyon manat olub.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hüquqi şəxslər tərəfindən əhaliyə 662,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,8 faizini təşkil edib.

Cari ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla 86,3 manatlıq və ya ötən ilin müvafiq ayı ilə müqayisədə nominal ifadədə 13,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

2023-cü ilin yanvar ayında ictimai iaşə dövriyyəsi isə 2022-ci ilin müvafiq ayı ilə müqayisədə real ifadədə 22,1 faiz artaraq 130,6 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,4 faizi hüquqi şəxslərin, 49,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar ayı ilə müqayisədə 26,3 faiz artaraq 65,1 milyon manat olub.

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv