Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Əhaliyə şad xəbər: 82 yaşayış kompleksi istismara hazırdır

Son bir neçə ayda 82 yaşayış kompleksi istismara qəbul edilib.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sektor müdiri Bəxtiyar Tağıyevin sözlərinə görə,son 4 ayda 82 yaşayış kompleksin istismara qəbulu ilə bağlı rəy tərtib edilərək aidiyyəti qurumlara göndərilib.

Yenicag.az xəbər verir ki, hazirda isə istismarına rəy verilməyən 349 çoxmənzilli bina var ki, onların da 294-ü Bakıda, 55-i isə regionlarda yerləşir. Bu binalarda əsas çatışmazlıqlar sənədlərin qaydada olmaması və mühəndis-kommunikasiya sistemlərinin normalara uyğun şəkildə şəbəkələrə qoşulmamasıdır.

Bəxtiyar Tağıyev bildirib ki, bu binaların da istismara qəbulu üçün sürətlə iş aparılır. Vaxtaşırı olaraq bütün aidiyyəti qurumların nümayəndələri sahibkarlarla görüşür və nöqsanların aradan qaldırılması ilə bağlı müzakirələr aparılır.

Yaxın 1 ay ərzində isə daha 50 binanın istismarı ilə bağlı rəy verilməsi planlaşdırılır./xezerxeber.az/

www.yenicag.az

21177
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM