Əhaliyə ŞAD XƏBƏR – Maaşlar bu tarixdən artacaq

“İqtisadiyyat Nazirliyinin 2023-cü ilinə dair məlumatlarında 2024-cü il üçün ilkin olaraq orta aylıq əməkhaqqının proqnoz göstəricisi 980 manat göstərilib. Dəqiqləşdirilmiş makroiqtisadi göstəricilərə əsasən, isə bu göstəricinin 990 manat olacağı proqnozlaşdırılır”. 

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin iyunun 7-də keçirilən plenar iclasında deyib.

Komitə sədri deyib ki, Fondun aparatının və yerli bölmələrinin saxlanılması xərci 5 milyon manat artırılaraq 135,1 milyon manata çatdırılıb, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması üzrə xərcləri 30 min manat artırılıb.

Yekun olaraq, DSMF büdcəsinin 2024-cü il üçün dürüstləşmiş gəlirləri və xərcləri 30 milyon manat artaraq 6.949.860 min manat təşkil edəcək.

Bu proqnoz özünü doğrulda bilərmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, artım illik dinamik formada davam edir:

“İstənilən artım proqnozu zamanı illik infliyasiya, bahalaşma və digər faktorlar hesablanır. Bunların hamısı rəhbər tutularaq artım prosesi indeksasiya edilir. Bu hər il olur. Dinamik olaraq bu qaydaları qəbul etmişik. Ancaq bunun nə dərəcədə effektiv olub-olmaması başqa mövzudur.

Hər bir vətəndaşın istehlak səbəti var. Sözügedən artımların bizim istehlak səbətimizə nə dərəcədə təsir edib-etməyəcəyini artıq araşdırmaq lazımdır. Real xərc bazası hesablanmalı və işıqlandırılmalıdır. Elm, texnologiya inkişaf etdikdə vətəndaşların xərci də artır”.

Ekspert hətta orta aylıq əməkhaqqının dördrəqəmli həddə çatacağını qeyd edib:

“Birmənalı şəkildə orta aylıq əməkhaqqı 980 manatdan dördrəqəmli həddə çatacaq. Çünki maaşlar artım tempi ilə gedir. Eyni zamanda, bir şeyi nəzərə alaq ki, biz inflyasiyanın tempini ram edə bildik. Bu il biz artıq inflyasiyanı rahatlıqla birrəqəmliyə sala biləcəyik. Eyni zamanda nəzərə alın ki, inflyasiya dünyada da ayaq açıb yeriyirdi. Bunun da səbəbi, əsasən, pandemiya ilə mübarizə metodları oldu. Pandemiya ilə mübarizədə bütün dünya ölkələri demək olar ki, fiskal və monetar siyasətdən istifadə etdi. Ona görə də 2021-2022-ci il dünyada inflyasiya ili kimi qalacaq. Biz də onun təsirinə məruz qalmışdıq, ancaq bu ildən tədricən tənzimləyirik. Bu baxımdan orta əməkhaqqının dördrəqəmli olmasına proqnoz vermək olar”.

COP29