Əhaliyə səhvən sunami xəbərdarlığı olundu

ABŞ-ın Alyaska ştatının sakinlərinə səhvən sunami xəbərdarlığı olunub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla təxminən saat 07:00-da Alyaska sahillərində zəlzələ qeydə alınıb. Məhz zəlzələdən sonra sahil bölgələrində sunami xəbərdrlığını bildirən sirena səsləri eşidlməyə başlayıb. Hətta bu barədə yerli televiziya və radion kanallarında da məlumat verilib.

Lakin sonradan sunami xəbərdarlığı edilən mərkəzdən verilən rəsmi açıqlamada bunun səhvən baş verdiyi diqqətə çatdırılıb. Onlar əhalidən üzr istəyiblər:

“İnsidentlə bağlı araşdırma aparılır. Bir daha təkrar edirik ki, sunami təhlükəsi yoxdur”.

COP29