Əhəd Abıyev Bakıda kimin postunu istəyir?

hjghjghbnYaxın vaxtlarda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunması gözlənilir.

Publika.az-ın iddiasına görə, Ə.Abıyev özü də Bakıda çalışmağı çox istəyir: “Bu barədə özünün istəyi də var”.

Xatırladaq ki, Milli Məclisin sabiq deputatı olan Əhəd Abıyev Azərbaycan Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Yenicag.az-a daxil olan məlumata görə, Daşkəsənə icra başçısı getməzdən öncə Suraxanıdan deputat seçilmək istəyən Əhəd Abıyevin hədəfində üç rayon var: Yasamal, Suraxanı və ya Xətai. Xüsusilə, Tağı Əhmədovun “vurulması”ndan sonra Yasamalın icra başçısı  İbrahim Mehdiyevin işdən çıxarılacağı gözlənilir. Ə.Abıyev də bütün rıçaqlarını işə salaraq, bu postu ələ keçirmək istədiyi bildirilir.

COP29