Əhəd Abıyev baş naziri saymır?

ah_PA260892İcra başçısının Kamaləddin Heydərova qarşı kampaniyada da yer aldığı vurğulanır

“Uşaqlığın son gecəsi” filminin bu epizodu çoxlarımızın yaddaşlarına həkk olub: 

Davud və Muradın dialoqu:
– Bura bax, sən mənim üçün ərizə yaz, mən də bax
bu iki manatı verim sənə.
– Sən sözün de, necə lazımdır, mən yazaram.
– Əziz rayon sovetinin sədrinə! Yaz ki, bu andıra
qalmış pilləkənin ucundan həyətdə yaşamaq mümkün
deyil.
– Yavaş da…
– Uşaqlarımız hər ora çıxanda, yıxılıb ölürlər.
– Dayan, dayan! Davud, sənin axı uşağın yoxdur?
– Necə yəni yoxdur?! Eh! Əgər uşaqlarım yoxdursa,
bəs alimenti məndən neyçün çıxırlar?
– Davud, bəlkə yazaq ki, uşaqlar pilləkəndən yıxılıb
əzilirlər?
– Yoxxx!! Ölürlər yaxşıdır.

***

Bu isə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 2013-cü ilin yekunlarına dair Hesabatından çıxarışdır:

–       Bildiyiniz kimi Daşkəsənin yay otlaqları  bu rayonun milli sərvətidir. Lakin rayon bu  sərvətdən kifayət qədər bəhrələnə bilmirdi, uzun müddət  rayonumuzda böyük problemlər olmaqla qarşıdurma yaranırdı, krinimal hadisələr baş verirdi, bu da yerli əhali arasında böyük narazılığa səbəb olurdu.

Davudun pilləkanından fərqli olaraq, Əhəd Abıyevin yay otlaqları Daşkəsənə verilmişdir: “Ölkə rəhbərliyinə  yazılan  məktubda Daşkəsən rayonun  ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun  və səmərəli istifadənin təmin edilməsi, habelə onların  mühafizəsinə   nəzarətin  gücləndirilməsi  məqsədilə  Daşkəsən rayonun ərazisindən digər  rayonların istiafdəsinə verilmiş Dövlət fondu  yay otlaq  sahələrinin  Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi xahiş olunmuş, məhz çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən məsələyə   baxılaraq, müraciət  müsbət  həll olunmuş, bu barədə  Nazirlər Kabineti müvafiq sərəncam  vermişdir. Belə ki, hörmətli Baş Nazir Artur Rasi-zadə Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli, 156 nömrəli Qərarı ilə yay-otlaq sahələrinin yerli İcra Hakimiyyətinin öz səlahiyyətlərinə vermiş, təyinatına uyğun olaraq  rayonumuzda kənd camaatı artıq özləri  istifadə edəcəkdir. Bu ciddi problemli məsələnin həllinə  görə şəxsən möhtərəm cənab Prezidentimizə dərin təşəkkür və minnətdarlığımızı bütün Daşkəsən əhalisi adından bildiririk”.

Göründüyü kimi Əhəd Abıyevin “davudsayağı” müraciəti müsbət sonuclanıb. Lakin icra başçısı bu problemin həllində Prezidentin tapşırığını zamanında həll edən Artur Rəsizadəyə quru “sağ ol”u çox görüb. Hər halda hesabat açıqlanan zaman bunun şahidi olmadıq.

Qeyd edək ki, Ə.Abıyev parlamentdə olarkən də Prezident və onun çevrəsi istisna olmaqla, əksər məmurlara saymazyana yanaşırdı. Akademik Cəlal Əliyev və nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovla bərabər hərəkət edirdi. Hazırda isə yenə yaxın dost kimi Elton Məmmədovla bərabərdir və FHN şefinə qarşı kampaniyalarda aktiv rol aldığı vurğulanır. Belə ki, o, Masallıdan “vurulub-çıxarılması”nda və parlamentdən uzaqlaşdırılmasında “Kamal”ı günahlandırır.

COP29