Reklam: High Technic
hightechnic

Əhəd Abıyevin "qoyun" şifrəli hücumu - İcra başçısının rəqibi Camalovdur?

Əhəd Abıyevin Bakı şəhərinin Binəqədi rayonuna İcra hakimiyyətinin başçısı təyin olunacağı barədə yayılan xəbərlərə rəsmi reaksiya gəlib.

Yenicag.az Femida.az -a istinadən xəbər verir ki, yayılan informasiya yalandır.

“Əhəd Abıyev bildirdi ki, mənim Bakı şəhərinin Binəqədi rayonuna İcra hakimiyyətinin başçısı təyin olunacağımla bağlı müxtəlif saytlarda və mətbuatda gedən məlumatlar həqiqətə uyğun deyil, yalandır, şayiədən ibarətdir.
Bu şayiələr Daşkəsən rayonunun yaylaq ərazilərinə kənar yerlərdən uzun müddət qeyri-qanuni yolla öz qoyun sürülərini gətirən çobanlara himayədarlıq edən şadlıq sarayları və restoran sahiblərinin şəxsi maraqlarına uyğun uydurmalarıdır.

Belə şayiələrlə onlar yaylaqlarda öz qanunazidd əməllərinə çatmaq istəyirlər. Bu da yolverilməzdir.
Bir daha da mənim barəmdə yeni təyinatla bağlı yazılan xəbərlərin tamamilə yalan olduğunu bildirirəm.”, deyə məlumatda qeyd olunur.

Yenicag.az xəbər verir ki, Əhəd Abıyevin “Bu şayiələr Daşkəsən rayonunun yaylaq ərazilərinə kənar yerlərdən uzun müddət qeyri-qanuni yolla öz qoyun sürülərini gətirən çobanlara himayədarlıq edən şadlıq sarayları və restoran sahiblərinin şəxsi maraqlarına uyğun uydurmalarıdır” sözləri ilk baxışdan komik görünsə də, əslində Bakı meri və ya Binəqədi rayonunun icra başçısı olmaq uğrunda kimlərin mübarizə apardığını ortaya qoyur. Belə ki, Bakıda böyük şadlıq sarayları-restoranları olan, eyni zamanda rayonlarda böyük qoyun sürülərinə məxsus ailələrdən biri Camalovlardır. Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Mərdan Camalov hazırda Şirvan şəhərinin icra başçısıdır. Adı o qədər hallanmasa da, hər iki posta ən uyğun namizədlərdən biridir. Ehtimal olunur ki, Əhəd Abıyev məhz Camalovu oyundan kənarlaşdırmaq üçün məhz belə şifrəli mesaj verib. Qeyd edək ki, Ə.Abıyev AXC-Müsavat hakimiyyəti dönəmində Bakı şəhər icra hakimiyyətində çalışıb.

www.yenicag.az

1903