113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov Qax və Şəki sakinlərinə növbəti video müraciətini edib.
Yenicag.az xəbər verir ki, son 23 gün ərzində Qax və Şəki rayonlarında 1500-ə yaxın vətəndaşla birbaşa ünsiyyət qurduğunu deyən Əhməd Şahidov insanların qayğıları ilə yaxından maraqlandığını və deputat seçiləcəyi təqdirdə bütün bu məsələləri Milli Məclisdə səsləndirəcəyini deyib.
Bir daha Qax və Şəki sakinlərinə müraciət edən Əhməd Şahidov 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə vətəndaşların fəal olmalarını istəyib.