Əhməd Şahidov seçicilərinə ilk müraciətini etdi – VİDEO

Deputatlığa namizəd Əhməd Şahidov Qax və Şəki sakinlərinə ilk müraciətini edib.

Yenicag.az xəbər verir ki, 113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şair oğlu Şahidov Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən ATƏT`in mənzil qərargahından öz seçicilərinə müraciət edib.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini və dövlət suverenliyini bərpa etdiyini bildirən Əhməd Şahidov bu qələbənin qazanılmasında əziz şəhidlərimizin, qəhrəman qazilərimizin və bütün həyatını Azərbaycana həsr etmiş Ali Baş Komandan İlham Əliyevin böyük zəhmətinin olduğunu bildirib.

Son 10 ildir ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan naminə çıxışlar edən, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, BMT və digər nüfuzlu beynəlxalq platformalarda Azərbaycan dövlətini müdafiə edən hüquq müdafiəçisi Əhməd Şahidov 1 Sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə fəal olmağı və hamılıqla səsvermədə iştirak etməyi tövsiyyə edib.

Qeyd edək ki, 113 saylı Qax-Şəki seçki dairəsindən deputatlığa namizəd Əhməd Şahidov bu gündən etibarən Qax və Şəki rayonlarında seçicilərlə görüşlərə start verib.

 

COP29