Tanınmış hüquq müdafiəçisi Əhməd Şahidovun deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə Yenicag.az-a Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Bildirilib ki, Avqustun 2-də 113 saylı Qax-Şəki seçki dairəsinin qəbul etdiyi qərara əsasən, 1 sentyabr 2024-cü il tarixdə VII çağırış Milli Məclisdə keçiriləcək seçkilərdə Əhməd Şair oğlu Şahidovun namizədliyi rəsmi şəkildə qeydə alınıb.
Bu, Əhməd Şahidovun üçüncü seçki yarışıdır. Hələ 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Əhməd Şahidov eyni dairədən namizədliyini irəli sürmüşdü və seçicilərin böyük etimadını qazanmışdı.
1 sentyabr 2024-cü il tarixdə VII çağırış Milli Məclisdə keçiriləcək seçkilərdə Əhməd Şahidovun əsas rəqibi deputat Əli Məsimlidir.