Əhməd Vəliyevə məxsus olduğu deyilən MMC Dövlət Xidmətini məhkəməyə verdi

“Stinger Group” MMC qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib.

Yenicag.az-nın məlumatına görə, məhkəmə çəkişməsi vergi məsələləri ilə bağlıdır.

Şirkətin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Bəhlul Cəlilov iş üzrə hakim təyin edilib.

“Stinger Group” MMC vaxtilə dövlət satınalmalarında fəal iştirak edən şirkət kimi tanınıb. MMC əsasən Qərb rayonlarının yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olub.

“Stringer Group”un qanuni təmsilçisi Məmmədov Əhməd Kahi oğludur. Amma mediada gedən məlumatlarda şirkət keçmiş deputat, “Muğanbank” ASC-nin sahibi, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevlə əlaqələndirilir. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, Əhməd Məmmədov “Muğanbank”da vəzifəli şəxs olub.

Məlumat üçün deyək ki, 2023-cü ildə “Muğanbank”ın lisenziyası ləğv edilib. Bank hazırda ləğv prosesindədir.

“Stringer Group”la vegri idarəsi arasındakı məhkəmə çəkişməsinə gəlincə, araşdırmalarımız zamanı məlum olub ki, şirkətin hazırda 50 665,16 manat vergi borcu var. Lakin “Stringer Group”un rəhbərliyi bu məbləğlı razılaşmır./qaynarinfo.az

COP29