Əhmədin ailəsinin var-dövləti kimə qalacaq? — AÇIQLANDI

Son günlər Əhmədovların mirasının kimə qalacağı əsas müzakirə mövzularından biridir. Bir neçə gün öncə Əhməd Əhmədovun məhkəməsində xalası ona qəyyum olmaq və hüquqi varis kimi tanınmasını istədiyini bildirdi. 

Bəs qanun hansı hallarda və kimlərə qəyyum olmağa icazə verir?

Yenicag.az xəbər verir ki, hüquq müdafiəçilərinin sözlərinə görə, hazırda Əhməd Əhmədovun anlaqsız olması barəsində qanun qüvvəsini almış məhkəmə yekun aktı olmadığı üçün qəyyumluqdan söhbət gedə bilməz.

Qanunlara əsasən, Əhmədin 18 yaşı tamam olduğuna görə xalası ona qəyyum təyin oluna bilməz.

Növbəti məsələ hüquqi varislik məsələsidir. Qohumlar arasında hüquqi varislik etmək istəyən şəxslər də var.

COP29