Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı – Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb.
Yenicag.az xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub.
Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərində nəqliyyat polisinin rəisi işləyib.
O, vaxtilə korrupsiyada ittiham edilərək həbs olunub. İddialara görə, T.Niftəliyev polis əməkdaşları üçün nəzərdə tutulan vəsaiti mənimsəyib.
T.Niftəliyev 2014-cü ilin oktyabrında korrupsiyada və qanunsuz döyüş sursatı saxlamaqda ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb. Qanunsuz silahlar 2011-ci ilin yayında axtarış zamanı şübhəlinin mənzilində tapılıb.
23 cildlik cinayət işində ümumilikdə 10 cinayət epizodu olub. Müttəhimlər kürsüsündə isə şübhəli dəstə lideri və onun üç ortağı oturub.
Cinayət işi üzrə beş mayor və üç polis polkovnik-leytenantı olmaqla 13 zərərçəkmiş şəxs üzə çıxıb. T.Niftəliyev onların adına əlavə maddi yardım yazıb və pulu şəxsi maraqları üçün mənimsəyib.
Müstəntiqlərin fikrincə, T.Niftəliyev ağır maddi vəziyyətə görə polis əməkdaşlarını onlara maddi yardım göstərmək üçün ərizə yazmağa məcbur edib.
Onun iştirak etdiyi maliyyə pozuntularının izi 2012-ci ilə qədər uzanır. O, Daxili İşlər Nazirliyinin Nəqliyyat üzrə Trans-Baykal Xətti İdarəsi tərəfindən alınan federal vəsaiti də “yuyub”. T.Niftəliyev öz qulluq mövqeyindən və tabeliyində olan işçilərin ondan asılılığından istifadə edərək, müstəntiqlərin fikrincə, ağır maddi vəziyyətlərinə görə polis əməkdaşlarını onlara əlavə maddi yardım göstərmək üçün ərizələr yazmağa məcbur edib. Lakin onların çoxu bu pulu görməyib.
Maraqlıdır ki, T.Niftəliyev bu cinayətlərinə görə məsuliyyətdən yaxa qurtara bilib. Amma hüquq-mühafizə orqanlarından qovulub.
Bundan sonra o, diaspor fəaliyyətinə qoşulub. Tofiq Niftəliyev altı il “Araz” səhmdar cəmiyyətinin rəhbəri olub. Amma burada da qaranlıq əməllərindən qalmayıb. Bildirilir ki, T.Niftəliyev 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra diaspor üzvlərindən zərərçəkənlərə yardım toplayıb. Amma bu yardım Türkiyəyə çatdırılmayıb, T.Niftəliyev tərəfindən mənimsənilib. O da iddia olunur ki, T.Niftəliyev Blaqoveşenskdə qrup – banda formalaşdırıb. Bu qrup sayəsində isə hər kəsi, o cümlədən şəhərdə yaşayan azərbaycanlıları qorxu altında saxlayır./Publika.az