Əhmədinejad prezident seçkilərində iştirak edə bilməyəcək

İslam İnqilabı Keşikçiləri Şurası İranın keçmiş prezidenti Mahmud Əhmədinejada prezident seçkilərində iştirak etməyə icazə verilməyib.

Yeniçağ.Az Sputnik-ə istinadən xəbər verir ki, Əhmədinejad prezident seçkiləri üçün bu yaxınlarda namizədliyini irəli sürmüşdü.

Seçkilərdə indiki prezidenti Həsən Ruhanidən başqa beş namizəd iştirak edəcək. Prezident seçkiləri mayın 19-da keçiriləcək.

Qeyd edək ki, bir müddət əvvəl İranın Ali lideri Ayətulla Əli Xamneyi M.Əhmədinejadı seçkilərdə iştirak etməməyə çağırmışdı.

Yeniçağ.Az

COP29