!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhmədinejad yenidən prezidentlik arzusunda: Xamneyinin sözü yerə düşdü

!Reklam – Yazi

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkədə gələn ay keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İranın sabiq dövlət başçısı Mahmud Əhmədinejad ölkənin ali dini rəhbəri Ayətullah Xamneyinin tələbinə əməl etməyərək, prezidentlik uğrunda mübarizəyə qoşulub.
Əhmədinejadın namizədliyini irəli sürməsi İranın ali rəhbərliyi tərəfindən təqdir olunmasa da, keçmiş prezident buna əhəmiyyət verməyib. Qeyd olunur ki, Ayətullah Xamneyi çıxışlarından birində ötən ilin sentyabrında bir nəfərin onun yanına gələrək, prezident seçkilərində namizədliyini irəli sürmək istədiyini deyib. Onun dediklərindən belə anlaşılır ki, həmin şəxs məhz Əhmədinejad olub:

“Bir bəy yanıma gəldi. Mən də həm onun özünün, həm də ölkənin yaxşılığı üçün dediyi məsələdə iştirak etməməsini məsləhət gördüm. Ona “İştirak etmə” demədim, “İştirak etməyiniz yaxşı olmayacaq”, – dedim. Ona bildirdim ki, bu məsələyə qarşıdırsa, cəmiyyətdə qütbləşmə yaranacaq və ölkə üçün zərərli vəziyyət olacaq”.
Maraqlıdır ki, vaxtilə Əhmədinejadın müavini olmuş Həmid Bekai də prezident seçkilərində namizədliyini irəli sürüb. Keçmiş prezident ötən həftə keçirtdiyi mətbuat konfransında namizəd olmayacağını, Bekaini dəstəkləyəcəyini açıqlamışdı.

Qeyd edək ki, İranda mayın 9-da keçiriləcək prezident seçkilərində namizədlərin irəli sürülməsinə aprelin 10-da başlanılıb və bu proses 5 gün davam edəcək. Prezidentliyə namizədlərin yekun siyahısı isə iddialıların İslam inancı və ideyalarına bağlılıqlarını dəyərləndirən Mühafizlər Şurası tərəfindən təsdiqlənəcək.

Yeniçağ.Az

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv