Zanzibar – vaxtı ilə Şirazdan gələn iranlılar tərəfindən kəşf edilib. Lakin müxtəlif illərdə hazırda Muxtar Respublika statusu daşıyan ərazi omanlılar, portuqaliyalılar, ingilislər tərəfindən idarə olunub.
Yenicag.az xəbər verir ki, 1964-cü ildən isə Muxtar Respublika kimi Tanzaniya ərazisinə daxil edilib.
Zanzibar turistlərin Tanzaniyaya axın etməsinin ən başlıca səbəbidir. Bu, ölkənin turizm gəlirlərinin artmasında mühüm rol oynayır. Məsələ burasındadır ki, adada İtaliya, Fransa və İngiltərədən gələn fahişələrin rahat şəkildə “işləməsi” üçün şərait də yaradılıb. Buna görə Zanzibar “Seks adası” kimi də ad çıxarıb.
Maraqlıdır ki, Tanzaniyanın əhalisinin 50 faizi müsəlmanlar, qalanı isə xristianlardırsa, Zanzibarda müsəlmanların sayı 90 faizə bərabərdir.
Zanzibar adası özü Tanzaniyadan ayrılmağa cəhd edir. Buranın ayrıca prezidenti də var. Ölkədə güclü qaz yataqlarının tapılması ABŞ-ın, Avropanın buraya marağını daha da artırıb.
Zanzibardan 20 dəqiqəlik məsafədə yerləşən Nakupenda adası da füsünkarlığı ilə seçilir. İş burasındadır ki, bu adada turistlər səhər tezdən yalnız 16:00-a qədər istirahət edə bilərlər. Məhz 16:00-dan sonra isə Hind okeanının qabarması ilə ada suyun altında qalır.
Sözügedən adadan özəl fotoreportajı təqdim edirik: