!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ehtiyacı olanlar üçün dərmanlar pulsuz çatdırılsın” – TƏBİB-dən sahibkarlara TÖVSİYƏ

!Reklam – Yazi

“İkigünlük sərt karantin rejimində vətəndaşlara dərmanların pulsuz çatdırılması tövsiyə olunur”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında çıxış edən TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Yaqut Qarayeva qeyd edib ki, vətəndaşlar apteklərə gələ bilməyəcək və dərmanlar çatdırılma yolu ilə həyata keçiriləcək:

“Qərargah sahibkarlara tövsiyə edir ki, çatdırılma pulsuz həyata keçirilsin. Vətəndaşlar isə gündəlik istifadə etdikləri dərman preparatlarının tədarükünü öncədən görə bilərlər.

İkigünlük sərt karantin rejimində vətəndaşların sui-istifadə hallarına yol verməməsi məsləhət görülür. Vətəndaş yalnız təxirəsalınmaz hallarda çatıdırılma üsulundan istifadə etsə, daha doğru olar”.

Gülşən Şərif

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv