Ehtiyatda olan polkovnik-leytenantın Heydər Əliyevlə bağlı maraqlı xatirələri

Xatırladaq ki, hələ bir müddət əvvəl Ehtiyatda olan polkovnik-leytenant Qurbanəli İsmayılov Ümummilli Lider Heydər Əliyevlə bağlı maraqlı xatirələr danışmışdı. Biz də müsahibimizin maraqlı xatirələrini qələmə alıb yazının birinci hissəsini oxuculara təqdim etmişdik. İndi isə məlumatların ictimaiyyətdə maraqla və böyük rəğbət hissi ilə qarşılandığını nəzərə alıb ikinci hissəsini təqdim edirik.

“Məlumdur ki, hərbi kadrların hazırlanması hər bir dövlət üçün çox əhəmiyyətli bir məsələdir. Bu işdə isə hərbi məktəblərin çox böyük rolu var. Hər kəs bilrir ki, Azərbaycanda hərbi məktəblərin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1971-ci ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda hərbi kadırlar hazırlayan məktəb, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi litsey yaradıldı. Bundan əlavə Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olumuşdu.

Məhz Ulu Öndərin bu səyləri nəticəsində Azərbaycanda milli hərbi kadrların hazırlanmasına başlandı. Azərbacanın Milli Ordusunun yaranmasında xidmətləri olan, eləcə də bu gün hərbidə xidmət edən əksər yüksək rütbəli zabitlər elə həmin məktəbdə təhsil alıblar”-deyə Ehtiyatda olan polkovnik-leytenant maraqla bildirir.

Ali Baş Komandan İlham Əliyev bəşər tarixinə Qarabağın xilaskarı kimi daxil oldu

“Yaxşı xatırlayıram, Polşa kommunist partiyasının yaranmasının il dönümü idi. Polşada SSSR-İ silahlı qüvvələrinin hərbi hissəsində zabit kimi xidmət edirdim. “Legnica” şəhərində ovaxtki ənənələrə görə Sovet ordusunun nümayəndələri və zabitləri naliyyətlərini göstərmək məqsədi ilə iş adamları ilə şəhərlərdə və kəndlərdə görüşlər keçirirdilər. Belə bir görüşə  mən də bir qrup zabitlə cəlb olunmuşdum. Tanış olduğum Polyak söhbət  zamanı bizdən harada anadan olduğumuzu soruşdu. Mən deyəndə ki, Azərbaycanlıyam  ora hardadı və təkrarladı “Armeniya”.  Dedim yox, milliyyətimn  azərbaycanlıdır, lakin anadan olmuşam Gürcüstanda. Polyak  dərhal sevinmiş halda dedi, ”Aaaa Qruzin, qruzin!!!” Mən çox təəccübləndim ki, Ermənistan, Gürcüstan hardadı bilir, amma, Azərbaycan hardadı bilmir.Təbii ki mənə çox təsir etdi.İllər keçdi….

1985-ci ildə Polyakla aramızda olan söhbət yadımdan çıxmırdı, məni daima narahat edir, özümə yer tapa bilmirdim…

Birinci Qarabağ müharibəsi zamanı biz şahidi olduq ki, Azərbaycanın haqq səsi,  bizim dövlətə, xalqımıza qarşı olan haqsızlıqlar   dünya ictimayyəti tərəfindən eşidilmədi, torpaqlar işğal edildi, insanlar yurd-yuvalarından qovuldu və minlərlə insanlar öldürüldü və itkin düşdü. hətta Ermənistanda yaşayan soydaşlarımız, eyni zamanda da Azərbaycanın ərazisi olan Qarabağdan qovularaq qaçqın və məcburi köçkün oldular. Bütün dünya susdu. Ermənipərəst qüvvələr 30 il müddətində əlindən gələnləri etdilər ki, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməsin.

2003-cü ildə Azərbaycana rəhbər seçilmiş Prezident İlham Əliyev Ulu Öndərin vəsiyyətini özünə ən böyük məqsəd kimi qəbul edərək fəaliyyətə başladı. 20 il ərzində görülən işlər göz qabağındadı. Mənim həyatımın ən xoşbəxt dəqiqələridir ki, 40 il əvvəl eşitdiyim “Azərbaycan haradadı” sözü mənə çox təsir etdiyinin əksinin çahidi oldum. Hazırda dünyanın bütün ölkələrinin şəhər və kəndlərində Azərbaycan sözü yaşlıların və gənçlərin, dövlət adamlarının, hərbçilərin və sadə insanların dillərində əzbərdir. 44 rəqəmi artıq hər kəsin fikrində və beynində Azərbaycan ordusunun  qəhramanlığını, Müzəffərliyini əks etdirir. İndi dünyada hər bir Azərbaycanlı alnı açıq, qürurlu və yenilməz olaraq başını dik tutur. Ermənilər isə hər yerdə başını aşağı dikir.

Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad elədi.

Həmçinin  BMT-nin 4 qətnaməsi olmağına baxmayaraq, bütün dünyanın gözləri kor, qulaqları   kar oldu.

Prezidentimizin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı qısa zamanda azad etdi! Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi! “-deyə polkovnik -leytenant şirin-şirin qürurla danışır.

“ Azərbaycan haradadı kiməsə izah etməyə daha ehtiyac qalmadı. Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin oğlu olan Azərbaycan Prezidenti İlham Əliyevin növbəti Prezident seçilməsinə səs verdim. Kim nə deyir desin, belə LİDERİN  ömürlük Prezident STATUSU qazanması onun gördüyü işlərin, uğurlu siyasətin və MÜZƏFFƏRLİYİNİN nəticəsidir.

O, Azərbaycanın ən BÖYÜK MİLLİ QƏHRƏMANI, ÖMÜRLÜK LİDERİDİR. Dünya HƏRB tarixinə adını və imzasını qızıl hərflərlə yazmış LİDERDİR.”-kimi xatirələrini  ifadə edən müsahibimiz sözlərinə yekun vurur./Azia.az/

COP29