Ehtiyatda olan polkovnik vəfat etdi – FOTO

Hərbi ekspert, ehtiyatda olan polkovnik Ədalət Həsənov vəfat edib.

Yenicag.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ə.Həsənov xəstəlik səbəbindən dünyasını dəyişib. O, dünən doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində hərbi orkestrin müşayəti və yaylım atəşi ilə dəfn edilib.

Qeyd edək ki, Ə.Həsənov hərbçi kimi ordu sıralarında rəhbər vəzifələrdə çalışıb. O, son illərdə mediada hərbi ekspert kimi tanınırdı.