Ehtiyatsızlıq azyaşlı və valideynlərinin yanmasına səbəb oldu

Lerik rayonunda ehtiyatsızlıq üç nəfərin yanıq xəsarətləri almasına səbəb olub.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Şinəbənd kəndində baş verib.

Belə ki, hadisəyə səbəb 1987-ci il təvəllüdlü Abbasov Rüfət Güloğlan oğlunun evdə odun peçini yandırarkən benzindən istifadəsi olub.

Peçdən çıxan alov R.Abbasovun və yaxınlıqda olan uşaq 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb. Uşağın anası, 1989-cu il təvəllüdlü Qasımova Afiqə İbrahim qızı uşağın paltarlarını çıxarmağa çalışıb. Bu zaman ananın hər iki əli 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb.

Azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşağın vəziyyətini ağır qiymətləndirir. Ona bədənin 90% termiki yanıq diaqnozu qoyulub.

Valideyinlər aldıqları yanıq xəsarətlərinə görə Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır./Qafqazinfo/

COP29