“Əjdaha məni gah sevindirdi, gah da məyus etdi”
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Arzu Abdulova yola salmağa hazırlaşdığımız Əjdaha ili ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Aktrisanın qarşıdan gələn ilan ilindən də gözləntiləri böyükdür:
“Yola salmağa hazırlaşdığımız əjdaha elə mənim ilimdir. Hər Əjdaha ilində olduğu kimi, bu il də qarışıq bir il yaşayıram. Yəni həm çox yaxşı, həm də çox pis. Amma baş verənləri də yaxşıya yozmağa çalışıram. Hesab edirəm ki, əgər istədiyim yaxşı şeylər olmayıbsa, yaxud da həyatımda pis nələrsə yaşamışamsa, deməli, Allah belə məsləhət bilib, Allah məni qorumaq üçün belə edib. Yaxşı məqamlar da oldu, Əjdaha ilində çoxlu pul qazandım, özümə avtomobil aldım. İlan ilindən də gözləntilərim çoxdur. Yeni avtomobil və ev arzumun reallaşmasıdır və təbii ki, çoxlu pul. İlan ilində tələbə anası olacağam və övladımın uğurlarını gözləyirəm”.
Cəvahir