Əjdər Ol hakim qarşısına çıxarıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) Ali Məhkəmədə kassasiya şikayətinə baxılıb.

Sabiq aparat rəhbərinin vəkili Teymur Baloğlanovun “Unikal”a verdiyi məlumata görə, kassasiya məhkəməsi bitməyib: “Hələ ki, məhkəmədə kassasiya şikayətinin müddəti mübahisələndirilir. Yekun qərar olmadı. Proses davam edir”.

Qeyd edək ki, məhkəmə prosesi hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilib.

Xatırladaq ki, Əjdər Cəbiyev daha əvvəl kassasiya şikayəti versə də, sonradan geri şikayətini geri götürüb.

Əjdər Cəbiyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümov isə ibtidai istintaq dövründə ev dustaqlığına buraxılıb. Məhkəmə ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Təyin edilmiş cəza 5 il sınaq müddəti seçilməklə şərti hesab edilib.

COP29