May ayının 3-də Yeni Cağ Media Qrupunun kollektivi ilə ekoloji maarifləndirmənin aparılmasının təbliği ilə bağlı toplantısı keçirilib.
Yenicag.az xəbər verir ki, toplantıda media subyektinin İEYQ emissiyalarının və tullantıların azaldılması, təkrar istifadənin təşviqi, əməkdaşlar arasında ekoloji maarifləndirmənin aparılması, müxtəlif aksiyaların təşkili istiqamətində gördüyü işlərə dair məlumatlar əməkdaşların diqqətinə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycanda hər zaman ekoloji tarazlığın qorunması, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə hər zaman aktiv rol oynayıb və bu istiqamətdə ardıcıl tədbirlər planı həyata keçirilməkdədir.
“Ekoloji məsələlər, iqlim dəyişikliyinə qarşı mübarizə Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürüdüyü siyasətin ana xəttini təşkil edir. Bu məqsədlə də onun respublikaya rəhbərlik etdiyi dövrdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində bir sıra Dövlət Proqramları qəbul edilərək həyata keçirilib və bu iş bu gün də davam etməkdədir. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2010-cu ili “Ekologiya ili”, 2024-cü il isə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib”, – deyə bildirilib.
Toplantının sonunda ekoloji maarifləndirmə işləri ilə bağlı müntəzəm olaraq materialların hazırlanmasının vacibliyi qeyd edilib.
İsmayıl Bakuvi