Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

EKOLOJİ TERROR: “80 illik ağaclar qırıldı, icra və nazirlik susdu” – ŞİKAYƏT/FOTOLAR

Son bir neçə ildə ekoloji terror həm Bakıda, həm də regionlarda geniş vüsət alıb.

Yenicag.az xəbər verir ki, bu barədə redaksiyaya onlarla şikayət daxil olmaqdadır. 7NEWS.az bildiri ki, sıravi vətəndaşlar haqlı olaraq bu terrora qarşı mübarizə aparsalar da, aidiyyatı qurumlar sadəcə susmaqla kifayətlənirlər.

Hələ Ulu Öndər Heydər Əliyev zamanında bu istiqamətdə cinayət edən şəxs və şirkətlər haqqında ciddi tədbirlər görürdü. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA təşkilatı ölkənin bütün regionlarında beynəlxalq səviyyəli ekoloji layihələr həyata keçirir. Məhz bu layihələr çərçivəsində minlərlə yeni ağac əkilir, ölkəmizin fauna və florası qorunur. Prezident İlham Əliyev dəfələrlə Nazirlər Kabinetinin iclaslarında ekologiyaya qarşı qanunsuz fəaliyyət edənlərin dərhal cəzalandırılması, yerində müvafiq hüquqi addımların atılması ilə bağlı ciddi tapşırıqlar verib. Görünən odur ki, bir çox məmurlar bu tapşırıqları müəyyən maraq qarşılığında “satmaqdan” çəkinmirlər. Redaksiyamıza Tərtər rayonundan daxil olan növbəti şikayət sözün əsl mənasında ekoloji terror yuvasının ifşasıdır. Şikayəti olduğu kimi dərc edirik:

“Salam mənim və oğlumun Tərtər rayon Buruc kəndində olan mülkiyyətimizə yay aylarında yol çəkilişi zamanı xeyli miqdarda ziyan vurmaqla yanaşı 70 -80 illik, 100 dən çox tut, gər və digər ağaclarımı kökündən çıxararaq digər 15-20 ilik 60 yaxın meyvə ağaclarımın üzərinə yıxaraq onlarıda məhv etmişlər, bununla yanaşı Ekologiya qaynar xətinə 161-ə yayda müraciətimizə cavab olaraq bunların bizim şəxsi mülkiyyətimiz olduğu barədə sənət verib məhkəməyə müraciət etməmizi tövsiyə etmişlər. Tərtər polisinin təhqiqatçısı yayda prokrorluğa yazdığımız (ağaclarımızın qırılması ilə bağlı) şikayətimizə qərəzli baxaraq ağaclarımızın sayın az gösdərmiş və kimlər tərəfindən qırıldığını tam araşdırmadı. Tərtərt icra hakimiyətinə foto şəkillərlə ərizəmizə çox gülüş cavab aldıq: “Biz orda aqac qırmamışıq kol-kos təmizləmişik”.

Həyətimdə məhv edildi, 100-lərlə ağacı məhkəmə üçün maddi sübut saxlayırdıq ki, heç bir qurum ağaclarımın sayın dəqiq saymamışdı Tərtər icrası isə kol-kos adlandırmışdır. Bununla bağlı Cənab prezdentimizə və digər qurumlara məktublar göndərdik, lakin 6 dekabr axşam radələrində kənd icra nümayəndəsi və icra hakimiyyəti işçiləri 6 kamaz kon traktor vasitəsilə ağacları oğradılar. Həmin gecə MİNGƏÇEVİR şəhərində olduğumuz üçün 161 və 102 yığdıq, yardım istədik və qeyd etdik ki, Tərtər polisinə güvənmirik onlar işi ört basdır edir, əsas mövzudan kənara çıxılar. Əlimizdə yetərincədən artıq fakt və sübutlarımız var. Bu məsələni işıqlandırmaq üçün sübutları Sizə də göndərirəm, yolun hər iki tərəfində görünən ağaclar yoxdur. Sağ tərəfdəki ağaclar isə mənim məhv edilməmişdən qabaq həyətimdəki yol kənarı ağaclarımdır.

Bu gördüyünüz həmən yol kənarıda bizə və ailəmizə məxsus yol çəklişi zamanı çıxardıb meyvə ağacları üstünə yıxdıxları ağacların foto görüntülərdir.

Bu kəndin aşağısında yerləşən kəndən qeyri qanunni yol boyu sakinlərin ağaclarıdır. Kökündən çıxarılaraq gətirilib, burada doğranıb, odunlarını aparıb, köklərin burda basdırdıqları ağac qəbirsanlığıdır. Kəndin camatını da “dövlət layihəsidir” adı ila qorxuzaraq susudurublar.

Bu isə 06.12.2018 -ci il tarixdə 5- 6 kamaza yığaraq kəndin işıqların söndürüb oğurlamışdılar. Baxmayaraq ki, əlimizdə ekologiyanın sayı və diyametri gösdərilməsə də, verdiyi rəsmi sənəd var ki, mülkümüzdür. Polis şöbəsinin qərəzli apardığı araşdırmada sayların az qeyd etsə də kimin tərəfindən məhv edildiyini, araşdırmasalarda ağacların mülkiyyətimiz olduqunu ekologiyanın sənədinə əsasən təsdiqləmişdilər. İcra hakimiyətinə foto şəkilərlə göndərdiyimiz ərizəyə cavab olaraq bu qədər ağacı kol- kos adlandırmışdı. Ağaclarımızın oğurlanması Cənab Prezdentimizə və digər orqanlara yazdığımız ərizələrdən sonra oldu. Məhkəmə üçün saxladığımız maddi sübutların aradan qaldırmaq üçün gösdərilməmiş ağaclarımızın (hansı ki bu məhkəmə prosesinə maddi sübut üçün saxladığımz) izi itirmək üç 06.12.2018 -ci il tarixdə oğurlayıb gecəynən müxtəlif yerlərə tökərək izi itirməyə çalışdılar. Yarısı isə 07.12.2018 -ci il tarixdə Tərtər çayının yataqlarından birində məhv edildiyi halın şəkilidir. Nə yaxşı ki, biz hadisələri addım-addım izləyib lentə almışıq. Yetərincə də video çəklişlər var . Oğurlanıb, çaylaqda məhv edilən ağaclarımızın bizim tərəfdən çəkildiyin bilib və bizim prokrorluğa getdiyimizi görüb doğranmış ağaclar kon vastəsilə üstünü basdırıb qacmaq isdəyəndə video lentə almışıq, sürücün ifadəsi ilə bir yerdə. Bu qədər sübutlarımızın olmasına baxmayaraq haqq səsimizi heç kimə çatdıra bilmirik. 06.12.2018-ci il tarixdə gecəynən 161 və 102 yə yığıb oğurluq hadisəsi barədə məlumat vermişik və xahiş etmişdik ki, qarşısın alsınlar. 102-nin yönəltdiyi polis bizimlə həmin gecə oyun oynadı, gah dedi gedirəm, gah dedi başqa kənddəyəm. Sora dedi əlinizdə sübutlar var, nəyə narahat olursunuz. Sonra kəndin icra nümayəndəsi Böyükkişi ilə əlaqə saxladığını və Böykişinin ona cavabının “Ağaclar kim tərəfinən aparılır bilmirəm” dediyini bizə telefonda dedi. Gecə bizə ağaclarımızın bir hissəsinin hara töküldüyünü dedilər. 07.12.2018-ci il tarixində çay yataqında oğurlanmış ağaclarımızın doğrandığın bizə dedilər. Təkrar 102-ni-və 161-i yığdıq ora polis göndərməsini xahiş etdik, nədənsə biz Mingəçevirdən Tərtərə hadisə yerinə çatanda polisdən heç kimin olmadığını bir nəfər kənd bələdiyəsinin qohumunun ağacları doğradığı yerdə tutduq, video görüntüyə aldıq. Hadisə ilə bağlı prokrorluğa getdik, ərizə verməyə, lakin nahar fasiləsi olduğundan kəndə qayıtdıq. Elə bu zaman bizə zəng gəldi ki, indicə çəkiliş apardığımız oğurlanmış ağaclarımızın üzərini basdırılar. Təkrar hadisə yerinə gəlib konun doğranmış ağacları basdıraraq qacmasını və saxlayıb nə etdiyini soruşdum, bu barədə video çəklişlər var. Nahardan sonra prokrorluğa bütün bunları ərizəmizlə verdik. Nəticə barədə iki aydan çox keçməsinə baxmayaraq bizə heç bir məlumat verməmişdilər. Özümüz maraqlananda isə yenə 06.12.2018-ci il tarixdə gecə bizimlə danışan polis əməkdaşı gülməli qərar çıxararaq “həmin gecə heç bir oğurluq olmadığı” qərarı almışdır. Bu məsələnin saytınızda işıqlandırılmasını xahiş edirik. (foto3)

Hörmətlə,

Tərtər rayon sakini, şəhid ailəsinin üzvü

Həsənova Kamela Süleyman qızı”

www.yenicag.az

1704