Yanvarın 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində ekoloji yönümlü bir qrup QHT nümayəndələri ilə görüş keçirilib.
Yenicag.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və digər məsul şəxslər iştirak ediblər.
Müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi ekoloji sahədə QHT-lərin fəaliyyətinin gücləndirilməsi, həmçinin ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı müxtəlif təkliflərlə çıxış edib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.