!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əkrəm Həsənov: Manatın sabitliyi və “iqtisasi əsaslar” – “Əsas meyar neftin qiymətidir” – VİDEO

!Reklam – Yazi

“Azərbaycan manatının sabitliyinə təsir göstərən yeganə amil neftin qiymətidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Mərkəzi Bankın sədr müavini Alim Quliyevin manatın sabitliyi üçün yetərli iqtisadi əsasların olması haqda fikirlərinə münasibət bildirən iqtisadçı Əkrəm Həsənov deyib.

Mərkəzi Bankın sədr müavini Alim Quliyev Bakıda bu gün öz işinə başlayan FINTEX-in “Bank işində və ödəmə ekosistemində yeni tendensiyalar: İnnovativ qərarlar, maliyyə texnologiyaları və təhlükəsizlik” sammitindəki çıxışında manatın sabitliyinə də toxunub.

Quliyevin bildirdiyinə əsasən, hazırda Azərbaycanın mövcud iqtisadi əsasları manatın kursunu sabit saxlamağa tam imkan verir.

Mərkəzi Bank təmsilçisinin bu fikirlərini Yenicag.az-a dəyərləndirən iqtisadçı Əkrəm Həsənovun fikrincə, neftin qiymətində müşahidə olunan artım tendensiyası manatın sabitliyində əsas amildir:
“Unutmaq lazım deyil ki, Azərbaycan manatının sabitliyinə təsir göstərən yeganə amil neftin qiymətidir.

Biz xatırlayırıq ki, 2015-ci il fevraln əvvəlində, hətta birinci devalvasiyadan bir neçə gün əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov televiziyadan bəyan etdi ki, heç bir devalvasiya olmayacaq.

Amma əvvəl birinci, həmin ilin dekabrında isə ikinci devalvasiya oldu. Çünki neftin qiyməti aşağı düşdüyü üçün inzibati resurslar və başqa amillər manatın sabitliyini saxlamağa kömək etmədi.

Ancaq indi vəziyyət fərqlidir. Neftin qiyməti nisbətən artıb və hazırda İranla Venesuela ətrafındakı proseslərin təsiri ilə neftin daha da bahalaşması istisna olunmur.
Bu halda manatın sabitliyini saxlamaq mümkündür. Yəni Alim Quliyevin nəzərdə tutduğu iqtisadi əsas bundan ibarətdir”.

A.Zeynalov

www.yenicag.az

1863
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv