Əkrəm İmamoğlu həbs edilə bilər

Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu həbs edilə bilər.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, İmamoğlunun Yüksək Seçim Şurası (YSK) üzvlərinə qarşı 2019-cu ildə səsləndirdiyi ifadələr əsas gətirilərək onun üçün cəza istənib.

Prokuror İmamoğlunun 4 il 1 ay müddətinə həbsini tələb edib.