Türkiyə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni növ koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ə.İmamoğlu “tvitter” səhifəsindən səsli müraciət yerləşdirib:
“COVID-19 testim müsbət çıxdı, müalicə prosesi başladı. Səhhətim hazırda yaxşıdır, maraqlananların hamısına təşəkkür edirəm. Səhhətinizə və tədbirlərə mütləq diqqət yetirin, hamınızı sevirəm”.