Əkrəm İmamoğlunun diplomu saxtadır?

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun bakalavr diplomunun saxta olması ilə bağlı xəbərlər yayılıb. 

Yenicag.az Türkiyə mətbuatına istinadən bildirir ki,  bu iddialardan sonra Türkiyə Ali Təhsil Şurası (YÖK) İmamoğlu barəsində istintaq başladıb.

Yayılan xəbərlər fonunda İBB sədrinin vəkilləri bu gün mətbuat konfransı keçirib. Hüquqşünas Prof. Dr. Adem Sözer və Mehmet Pehlivan proseslə bağlı açıqlama veriblər.

İmamoğlunun vəkili Prof. Dr. Adem Sözüer bildirib ki, Əkrəm İmamoğlu Girne Amerika Universitetində ingilis biznesinin idarə edilməsi üzrə təhsil alıb və İstanbul Universitetində də eyni şöbəyə  köçürülüb.

Dövrün qanunvericiliyinin bu keçidə imkan verdiyini deyən Sözüer, “O dövrün qanunvericiliyinə görə, çalışqan tələbələr üçün bu imkan var idi və ÖSS balına ehtiyac yox idi”, – deyib.

İmamoğlunun digər vəkili Mehmet Pehlivan da  “saxta diplom” istintaqının siyasi səbəblərlə ortaya atıldığını qeyd edib./unikal