Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Eks deputat gəncəlilərə müraciət etdi

“Əziz gəncəlilər, son günlər ərzində sosial şəbəkələrdə Gəncə ilə bağlı təxribat tipli məlumatlar paylaşılır. Tanınmamış cib telefonlarından sms şəklində paylaşımlar edilir və “facebook” messengeri eyni qaydada bu məqsədlərlə istifadə olunur”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Gəncədən seçilmiş sabiq deputatı Aydın Abbasov deyib.

Sabiq deputat gəncəlilərə müraciət edib: “Eziz gəncəlilər, tam əminəm ki, dövlətimizə qarşı istifadə olunan hər hansı bir qanunsuz və provakasiya xarakterli çağırışlar baş tutmayacaq. Gəncəlilər daim dövlətin maraqlarını qorumuş və vətənimizə qarşı atılan bütün neqativ addımların qarşısını almışdılar”.

“Gəncəlilər üçün ailə və uşaq məsələləri daim müqəddəs və vacib amildir və tam əminəm ki, provakasiyaları təşkil edən ağılsız insanlar məqsədlərinə çatmayacaqlar. Allah dövlətimizi və millətimizi qorusun” – deyə, Aydın Abbasov əlavə edib.

www.yenicag.az

898
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS