Əks-göstəriş sertifikatı alan şəxslərin sayı AÇIQLANDI

Səhiyyə Nazirliyi bu günə qədər koronavirus əleyhinə vaksinasiyaya qarşı əks-göstəriş sertifikatı alan şəxslərin sayını açıqlayıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, bu günə qədər ümumilikdə 30 minə yaxın şəxsin əks-göstəriş sertifikatı ilə bağlı müraciətinə müsbət cavab verilib.

Bildirilib ki, həmin vətəndaşlar müvafiq sertifikatla təmin olunub.