Eks nazirdən şok iddia: “Rusiya Dünya çempionatına hüququ rüşvətlə əldə edib”

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron Rusiyanın 2018-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnu korrupsiya vasitəsilə qazandığını deyib.

Yenicag.az bildirir ki, bu barədə “The İndependent” qəzeti məlumat yayıb.
İngiltərə çempionata ev sahibliyi etmək istəyən ölkələr sırasında olub. Lakin onun namizədliyi birinci mərhələdən keçməyib.

D. Kameron bildirib ki, ölkəsi insanları birləşdirən böyük idman tədbirlərinə ev sahibliyi etmək istəyərdi. Lakin keçmiş baş nazir Rusiyanın bu şansı qazanmasının korrupsiya ilə bağlı olduğuna işarə edib.

Məlumat üçün bildirək ki, 4 martda Böyük Britaniyanın qüvvədə olan baş naziri Tereza Mey qeyd etmişdi ki, nə məmurlar, nə də kral ailəsinin üzvləri Serqey Skripal və onun qızının zəhərlənməsi işi ilə əlaqədar Rusiyadakı dünya çempionatına baş çəkməyəcək.
Zaur H.

COP29