Eks-prezidentdən QANLI ANONS: “Zərbələr davamlı olacaq”

Rusiyanın keçmiş prezidenti Ukrayna şəhərlərinin bombalanmasının müntəzəm xarakter alacağını deyib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rusiyanın eks-prezidenti Dmitri Medvedev Ukrayna şəhərlərinə raket zərbələrinin endirilməsinin davamlı olacağını deyib.

O, bu barədə özünün “Telegram” kanalında yazıb.

Keçmiş prezident Ukraynadakı “nasist siyasi rejim”in Rusiya üçün daimi təhdid təşkil edir:

“Buna görə də sərhədlərin və insanların müdafiəsi ilə yanaşı, fikrimcə, bizim gələcək hərəkətlərimizin hədəfi Ukraynadakı siyasi rejimin tam demontajı olmalıdır”.