Gürcüstanın sabiq prezidenti, ötən gün həbs edilən Mixeil Saakaşvilinin ölkəyə dövlət çevrilişi məqsədilə gəldiyi iddia olunur.
Yenicag.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze danışıb.
Onun sözlərinə görə, Saakaşvili iğtişaşlar yaratmaq və dövlət çevrilişi həyata keçirmək məqsədilə ölkəyə gəlib:
“Onun ölkəyə qayıtmaqda məqsədi qarışıqlıq salmaq və dövlət çevrilişi etmək olub. Hüquq-mühafizə orqanları onun yeni cinayətlərinin qarşısını almaq üçün lazımi tədbirləri görüblər”.
Kobaxidze bildirib ki, eks-prezidentə qarşı atılacaq bütün addımlar qanun çərçivəsində olacaq.