Eks-prezidentin anası vəfat etdi

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anası vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə TDX dövlət agentliyi məlumat yayıb.Oqulabat Berdiməhəmmədovanın 86 yaşında vəfat etdiyi açıqlanıb.
Xatırladaq ki, Oqulabat Berdiməhəmmədova hazırkı dövlət başçısı Sərdar Berdiməhəmmədovun da nənəsidir.