!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eks-prezidentin həbsxanadan paylaşdığı ARZUSU: “Vəzifə deyil, azadlıq istəyirəm”.

!Reklam – Yazi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə həbsxanadan maraqlı status paylaşıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Saakaşvili özünün “Facebook” səhifəsindən etdiyi paylaşımda arzususunu diqqətə çatdırıb.

Gürcü dilində yazdığı statusunda Saakaşvili bunları ifadə edib:

“Mən hər hansı vəzifə deyil, yaşamaq, azadlıq, sərbəst və xoşbəxt insanların arasında ölkə boyunca gəzib-dolaşmaq istəyirəm”.

Saakaşvili ölkə prezidenti Salome Zurabişvilinin onu həbsxanadan çıxaracağına inanmadığını vurğulayıb: “Məni yalnız gürcü xalqı azad edə bilər”.

Bu arada eks-prezidentin şəxsi həkimi Nikoloz Kipşidze bildirib ki, həbsxanada bir ay müddətində aclıq aksiyası keçirən Saakaşvilinin səhhətində problemlər özünü göstərməyə başlayıb.

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv