Eks-prezidentin oğlu bıçaqlanıb – FOTO

Gürcüstanın birinci Prezidenti olmuş Zviad Qamsaxurdiyanın oğlu bıçaqlanıb.

Yenicag.az Azvision.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 19-da paytaxt Tbilisinin Vera rayonunda baş verib.
Sinəsindən bıçaqlanan Tsotne Qamsaxurduya ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Sabiq Prezidentin oğlu dərhal əməliyyata alınıb.

Onun keçmiş qonşusu tərəfindən bıçaqlandığı bildirilir. Hadisənin təfərrüatları açıqlanmayıb. Polis faktla bağlı araşdırma aparır.