Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ekspert ödənişli yollardan danışdı: "Mümkün deyil"

Ölkədə ödənişli yollarla bağlı məsələ yenidən müakirə obyektinə çevrilib.

Yenicag.az xəbər verir ki, bu barədə açıqlama verən yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, hazırda ölkəmizdə ödənişli ola biləcək yol hələ ki, yoxdur.

“Qanunda qoyulan 2 vacib şərt təmin edilməlidir:

1. Ödənişli yolun mütləq ödənişsiz alternativi olmalıdır (iki məntəqəni birləşdirən yeganə yol heç vaxt ödənişli ola bilməz).

2. Ödənişli yolun alternativi olan ödənişsiz yol da texniki göstəricilərinə görə bütün standart və tələblərə uyğun, təhlükəsiz və rahat hərəkət üçün abadlaşdırılmış olmalıdır.

Məsələn, yaxın gələcək üçün hədəflənən Ələt-Astara yolunun yeni salınmış hissəsi yalnız o halda ödənişli ola bilər ki, onun alternativi olan köhnə yol (Biləsuvar və Cəlilabaddan keçən yol) tam bərpa olunaraq ideal vəziyyətə gətirilsin. Hazırda həmin köhnə yol çox bərbad vəziyyətdədir. Belə vəziyyət tam aradan qaldırılana qədər yeni yolun ödənişli olması mümkün deyil”.

“Süni işıqlandırmanın ödənişlə bağlılığı yoxdur. Buna ehtiyac olan bütün yollar, hətta kənd küçələri də işıqlandırılmalıdır. Amma ödənişli yol deyəndə ağıla gələn avtomagistral olur. İndiki dünyada isə avtomagistral süni işıqsız təssəvvür edilmir”, – ekspert qeyd edib.

www.yenicag.az

1121
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS