Ekspert problemli kreditlə bağlı fərmanı şərh edir: Nə və necə olacaq?

Azərbaycan Prezidenti İlham Əliyev problemli kreditlərlə bağlı fərman imzalayıb.

Yenicag.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli fərmanı şərh edib.

O, vətəndaşları maraqlandıran bir sıra məqamlara aydınlıq gətirib:

“Fərmanda ancaq fiziki şəxslərin borcları ilə bağlı məqam yer alıb. Bu hüquqi şəxslərə aid deyil. Fərmandan irəli gələn nəticələr ondan ibarətdir ki, bu, fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra 10 min dollara qədər olan kreditlərinə şamil ediləcək. Birinci devalvasiyadan sonra 0.78 məzənnəsi ilə götürülən kreditlərin məzənnə fərqini dövlət öz üzərinə götürəcək. Ediləcək yardım da 5 min dollara qədərdir.

Hazırda problemli kreditlərin sayı 700 minə yaxındır. Bu təqribən 1,8 milyard manat edir. Hüquqi şəxslərlə bağlı fərmanda heç bir müddəa yoxdur. Əslində, problemli kreditlər tam ödənilmir. Vətəndaş 0.78-lə kredit götürmüşdüsə, kredit borcunu ödəməlidir. Devalvasiya nəticəsində dəymiş ziyanı isə dövlət ödəyəcək. 1.05-lə götürülən kreditlər isə elə 1,05-lə ödəniləcək. Yeni məzənnənin fərqini dövlət öz üzərinə götürüb.

Bu fərman ikinci devalvasiyadan sonra götürülən kreditlərə şamir edilmir”.

Emin