!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ekspertdən koronavirusun iqtisadiyyata təsirlərinin azaldılması üçün TƏKLİF

!Reklam – Yazi

“Azərbaycanda koronavirus infeksiyasının iqtisadiyyata mənfi təsirlərinin minimuma endirilməsi üçün kiçik və orta sahibkarlıq subyektləri dövlət tenderlərinə daha aktiv şəkildə cəlb olunmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, kiçik və orta sahibkarların dövlət tenderlərində fəal iştirak etməsi müsbət nəticələr verəcək.

“Bu, son nəticədə kiçik və orta sahibkarlıq müəssisələrinin öz imkanlarını artırmasına gətirib çıxara bilər”, – deyə, Rəşad Həsənov əlavə edib.

İqtisadçı söyləyib ki, sahibkarların tender prosesinə cəlb edilməsi onların bazarlarının genişləndirilməsinə, inkişaf strategiyalarının daha dolğun olmasına şərait yarada bilər.

Ekspert bunu da vurğulayıb ki, dövlət satınalmaları zamanı şəffaflığın təmin edilməsi vacibdir.

Qeyd edək ki, satınalma malların, işlərin və xidmətlərin qanuni üsullarla dövlət vəsaiti hesabına əldə edilməsidir.

Tender satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədilə keçirilən müsabiqədir.

Xatırladaq ki, Prezident İlham Əliyev sahibkarlığa dəstək məqsədilə Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrılması barədə sərəncam imzalayıb.

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv