Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ekspertdən nazirə VACİB SUAL: “Lazımsız standartın tətbiqi üçün niyə büdcədən vəsait ayırtdırdınız?”

Reklam: Sinerji Pro

“Bir çox dövlət qurumlarında Rüşvət Əleyhinə İdarəetmə Sistemləri standartları hökmən tətbiq edilməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Ekoloji Menecment sisteminin idarə olunması üçün dövlət büdcəsindən vəsait ayrılmasına münasibət bildirən beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov deyib.

Ekspert Kənd Təsərrüfatı Nazirliyinə vacib suallar ünvanlayaraq, Ekoloji Menecment sisteminin idarə olunması sistemi üçün vəsait ayrılmasının səbəblərinin izah edilməsini istəyib:

“Azərbaycan ictimaiyyətinə izah edə bilərsinizmi ki, İSO 14001:2015 Ekoloji Menecment Sisteminin İdarəolunması sisteminin tətbiq edilməsinin Sizin fəaliyyətinizə nə kimi müsbət təsiri vardır?

Nazirliyiniz ətraf mühitə necə təsir göstərir ki, dövlət büdcəsindən Ekoloji Menecment sisteminin idarə olunması sistemi üçün vəsait ayırtdırırsınız? Fəaliyyətiniz nəticəsində hansı ekoloji aspektlər yaranmaqdadır ki, siz İSO 14001:2015 standartının tətbiq edilməsini, dövlət büdcəsindən buna vəsait ayrılmasını labüd bildiniz?

Fəaliyyətiniz nəticəsində yaranmış tullantılar hər halda mətbəxdən çıxmış məişət və ya başqa növ tullantılar deyil. Bəlkə biz bilmirik, fəaliyyətiniz nəticəsində yanacaq-sürtkü materialları və ya təhlükəli tullantılar yaranmamqdadır?

İSO 56002:2019 İnnovasiyaların İdarəolunması Sistemini tətbiq etsəydiniz, mən sizi alqışlayardım. Amma sizin üçün ən lazımsız standartın tətbiq edilməsinə dövlət büdcəsindən vəsait ayırtdırdınız.

Düşünürəm ki, bir çox dövlət qurumunda İSO 37001:2016 Rüşvət Əleyhinə İdarəetmə Sistemləri standartları hökmən tətbiq edilməlidir. Bu kimi “partizanlıqlar” nəzarət altına götürülsə, xalqımız və dövlətimiz üçün daha faydalı olacağını düşünürəm”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

1229