!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ekspertdən XƏBƏRDARLIQ: “Qazprom” Azərbaycanın qaz siyasətinə müdaxilə edə bilər  

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Rusiyanın “Qazprom” şirkəti Azərbaycanda nümayəndəlik açmağa hazırlaşır. Sözügedən məsələ oktyabrın 2-də şirkətin Direktorlar Şurasında qiyabi şəkildə razılaşdırılacaq.

Yenicag.az xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov “Qazprom”un Bakıda ofis açmasını OilGas.az-a şərh edib. O bildirib ki, bu məsələni birmənalı şərh etmək çox çətindir. Belə ki, maraqlı məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan dünyaya qaz nəql etməyə hazırlaşdığı bir dövrdə Rusiya “Qazprom”un əliylə Azərbaycana qaz satmaq istəyir. Lakin hazırda Azərbaycana hər hansı digər ölkədən qaz idxalında maraqlı deyil:

Rəşad Həsənov

“Hazırda TAP və TANAP layihələrinin tikintisi davam etdirilir. 2019-cu il və 2020-ci illin əvvəllərində Azərbaycan bu kəmərlə dünya bazarlarına qaz çıxarmağı planlaşdırır. “Qazprom”un ölkəmizə gəlişi ola bilsin ki, Azərbaycan və Rusiya arasında müəyyən qədər bu prosesləri sürətləndirmək üçün nəzərdə tutulub. Belə ki, bu məsələdə Azərbaycan üçün mühüm problemlərdən biri məhz Rusiyanın prosesi sabotaj etməsi ehtimalıdır. Təbii ki, bu günə qədər sözügedən istiqamətdə müxtəlif formada preventiv addımlar atılıb və müəyyən qədər neytrallaşdırma yönümlü işlər görülüb. Amma “Qazprom”un birbaşa olaraq Azərbaycanda gəlib yerləşməsi buradakı proseslərə müdaxilə imkanlarını sürətləndirə bilər. Düşünmürəm ki, hansısa formada gələcəkdə Azərbaycanın TAP və TANAP-la Avropaya qaz nəqlinə ciddi təhlükə yaransın. Böyük ehtimalla, bu imkanlar “Qazprom”un əlində olmayacaq. Ümumiyyətlə, proseslər artıq o mərhələdədir ki, hər hansı formada onu dayandırmaq mümkünsüzdür. Lakin gələcəkdə “Qazprom” Azərbaycanda qazın istehsalı və satışında iştirak etməyə cəhd edəcək”.

İqtisadçı qeyd edib ki, Rusiya şirkəti gələcəkdə böyük layihələrdə iştirak edə bilər. Bu iştirak ola bilsin ki, orta və qısamüddətli dövrdə risk mənbəyi olmasın. Lakin uzunmüddətli dövrdə şirkət Azərbaycanın qaz siyasətini hansısa formada yönləndirməyə çalışa bilər:

“Yəqin ki, bu kimi risklər hökumət tərəfindən də diqqət mərkəzində saxlanılır. Hesab edirəm ki, növbəti dövrlərdə bu məsələnin pərdəarxası səbəbləri məlum olacaq. Şirkətin buradakı maraqlarının reallaşıb-reallaşmaması isə dövlətin gördüyü tədbirlərdən asılı olacaq”.

Ekspertin fikrincə, “Qazprom” nümayəndəliyinin Azərbaycanda hansı müddətə qalacağı Azərbaycan və Rusiya arasındakı əməkdaşlığın formasından asılı olacaq. Şirkət burada destruktiv mövqe nümayiş etdirmək, bu istiqamətdə hər-hansı formada sabotaj etmək fikrində olarsa, onun buradakı fəaliyyətinin dayandırılması istiqamətində qərar qəbul edilə bilər: “Lakin onu da nəzərə almaq lazımdır ki, “Qazprom” Rusiya hökumətini təmsil edir. Odur ki, gələcəkdə nümayəndəliyin bağlanmasındansa, yaxşı olardı ki, indidən preventiv addımlar atılsın və şirkətin Azərbaycandakı fəaliyyətinin sərhədləri əvvəlcədən müəyyən edilsin”.

www.yenicag.az

1085
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv