Ekstrasenslərin televiziyaya çıxması qadağan edilir?

Avropada, inkişaf etmiş bəzi ölkələrdə hər hansı ekstrasensin proqnoz verməsi ilə bağlı artıq qadağalar mövcuddur.

Yenicag.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bunun əksinə olaraq bizim saytlarda hər hansı bir ekstrasensin proqnoz verdiyini, nədənsə danışdığının şahidi oluruq.

“Bizdə belə bir qanun yoxdur”, – deyə o qeyd edib.