Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində apardığı “Fərat qalxanı” əməliyyatı çərçivəsində daha 1 əsgər həlak olub, 10-u yaralanıb.
Yaralı əsgərlər Türkiyənin Kilis şəhərindəki xəstəxanaya çatdırılıb.
Yeniçağ.Az-ın məlumatına görə, bölgənin İŞİD terror qruplaşmasından azad edilməsi üçün artıq iki gündür qızğın döyüşlər gedir.
Ötən gün döyüşlərdə 5 türk hərbçi həlak olmuşdu.
Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı başlayandan Türkiyə 62 hərbçisini itirib.
Yeniçağ.Az