!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əl-Babda partlayış: 60 ölü, 100-dən çox yaralı

!Reklam – Yazi

Suriyanın Əl-Bab rayonunun şimalındakı Susyan kəndində Azad Suriya Ordusunun (ASO) qərargahına minalanmış avtomobillə hücum edilib. Partlayış nəticəsində əksəriyyəti mülki vətəndaş olmaqla, 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Yaralılardan 41 nəfəri Türkiyə sərhədinə gətirilərək Kilisdə xəstəxanaya yerləşdirilib.

Yeniçağ.Az AzərTac-a istinadla xəbər verir ki, İŞİD qruplaşmasına aid minalanmış avtomobil Əl-Baba qayıtmaq üçün qərargahın qarşısına toplaşmış dinc sakinlərin yanında partladılıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu ƏL-Bab şəhərini İŞİD-dən dünən azad etmişdi. Əl-Bab İŞİD qruplaşmasının Suriyada əsas dayaq məntəqələrindən biri sayılır. “Fərat qalxanı” əməliyyatı çərçivəsində birgə hərəkət edən Türkiyə Silahlı Qüvvələri və ASO son iki ayda qüvvələrini şəhərin azad olunması istiqamətində cəmləmişdi. Təxminən bir həftə əvvəl onlar şəhərə girməyə nail olmuşdular.

“Fərat qalxanı” əməliyyatının başladığı vaxtdan indiyədək 1900 kvadratkilometrdən çox ərazi terrorçulardan təmizlənib, ASO Türkiyə sərhədindən Suriyanın içərilərinə doğru 39 kilometr irəliləməyə nail olub.

Yeniçağ.Az

www.yenicag.az

811
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv