İran televiziyası İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü sübut edən şəkillər yayıb.
Bu barədə Yenicag.az İran KİV-lərinə istinadən məlumat verir.
İran televiziyası əl-Bağdadinin ölümündən sonra iki şəkilini yayıb.
Ayətullah Xameneinin İslam İnqilabı Keşikçilər Korpusundakı şəxsi nümayəndəsi Əli Şirazi iyunun 29-da etdiyi çıxışında İŞİD-ə hər sahədə ciddi zərbələrin endirildiyini və terror təşkilatının lideri Əbu-Bəkr əl-Bağdadinin də öldürülməsinin qəti olduğunu deyib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin hava zərbələri nəticəsində öldürüldüyünü iddia etmişdi. Pentaqon isə bu barədə məlumatı təsdiq etməyib.